10 avqust 2013 00:01
Vüqar Nadirov: Eintrachtdan qorxmuruq
“Qarabağ”ın hücumçusu Vüqar Nadirov Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri olan Almaniyanın “Eintracht” klubu barədə ilk fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, UEFA-nın rəsmi saytına müsahibəsində bunları söyləyib:
“Hamıya məlumdu ki, Avropa Liqasında zəif komanda olmur. Pley-off mərhələsində isə ümumiyyətlə beləsini gözləməyə dəyməzdi. Əlbəttə, “Eintracht” çox güclü komandadı. Bu komandanın Almaniya Bundesliqasında çıxış etməsi, ordan Avroliqaya vəsiqə qazanması çox şeydən xəbər verir. Başa düşürük ki, bütün bunlar bizi imkanlarımızdan maksimum yararlanmağa məcbur edir. Lakin qrup mərhələsinə düşəcək gücdə olduğumuzu düşünürəm. Biz ilk dəfə deyil bu qədər uzağa gedirik. Amma bu dəfə öz şansımızı əldən verməyə hazırlaşmırıq. Bu qədər yaxın olduğumuz qrup mərhələsinə vəsiqə qazanmağı çox istəyirik. Əsas odu ki, biz heç kimdən qorxmuruq”.
