9 avqust 2013 11:34
Miro Varvodiç: Tam əminəm ki, Qarabağ qrup mərhələsinə vəsiqə qazanacaq
“Qarabağ”ın qapıçısı Miro Varvodiç Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çətin oyun oldu. Amma komandamız çox yaxşı oynadı. Hamı bir-birinə kömək edirdi. Artıq nəinki inanıram, hətta tam əminəm ki, “Qarabağ” qrup mərhələsinə vəsiqə qazanacaq”.
