10 avqust 2013 00:12
Rəşad Sadıqov: Qarabağ heç kimə güzəştə getməyə hazırlaşmır
“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri olan Almaniyanın “Eintracht” klubu barədə ilk fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, UEFA-nın rəsmi saytına müsahibəsində bunları söyləyib:
“Püşkün bizim üçün nə dərəcədə uğurlu alındığını deyə bilmərəm. Çünki potensial rəqiblərimizin arasında həm güclü, həm də nisbətən zəifləri var idi. Aydın məsələdi ki, böyük beşlik ölkələrindən olan Almaniyanın təmsilçisini zəif komanda adlandırmaq olmaz. Əgər bəxtimizə bu komanda düşübsə, deməli oynamalıyıq. Heç kimə güzəştə getməyə hazırlaşmırıq. Bizi ciddi və maraqlı mübarizə gözləyir. Özümüzə inanmalı, yaxşı hazırlıq keçməliyik. Qalanı Allah kərimdi. Hər şeyin yaxşı olacağına inanırıq. Ölkəmizi layiqli şəkildə təmsil etməyə çalışacağıq”.
