9 avqust 2013 12:16

Reynaldo: 100 faiz əminəm ki, Qarabağ qrup mərhələsində oynayacaq

“Qarabağ”ın yarımmüdafiəçisi Reynaldo Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
 
“Çox möhtəşəm oyun idi. Komandamız bütövlükdə çox əla oyun sərgilədi. Biz meydanda təşəbbüsə tam yiyələnmişdik və rəqibə öz oyununu oynamağa imkan vermirdik. İsveçdə də daha güclü olduğumuzu sübut etdik. Bütün futbolçular çox yaxşı iş gördülər. Şəxsən mən ürəkdən və “Qarabağ”ın azarkeşləri üçün oynayırdım”.

Reynaldo vurduğu möhtəşəm qoldan da danışıb: “Əlbəttə, şadam ki, bu oyunda da fərqlənə bildim. Bu, “Qarabağ”dakı ilk qolum deyil. Bu üzdən xüsusi sevinməyə əsas yoxdu. Sadəcə, komanda yoldaşlarıma kömək etmək istəyirəm. Reynaldonun qol vurması yox, komandamızın qalib gəlməsi daha önəmlidi”.

Braziliyalı futbolçu komandasının qrup mərhələsinə vəsiqə qazanacağına inanır: “Mən 100 faiz əminəm ki, “Qarabağ” qrup mərhələsində oynayacaq. Niyə? Çünki bizim əla komandamız, oyunçularımız, məşqçimiz var”!
 
Reynaldo sonda azarkeşlərə təşəkkürünü bildirib: “Məni dəstəkləyən hər bir kəsə təşəkkür edirəm” Demək istəyirəm ki, mən də onları çox sevirəm. Onların dəstəyini hiss edirəm. Onları sevindirə bilirəmsə, buna görə çox şadam. Ümid edirəm ki, “Qarabağ”ı növbəti oyunlarda da yaxşı dəstəkləyəcəklər”.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.