9 avqust 2013 11:58
Yığmamız Neftçini darmadağın etdi
Bakı şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, "Neftçi" klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 4:0 hesabı ilə qələbə qazanıb.
Qolları Roman Hüseynov, Umar Akmurzayev, Elnur Cəfərov və Fərid Kərimzadə vurub.
