9 avqust 2013 12:51
Reynaldo Avropa Liqasının bombardirlər siyahısının ilk onluğunda!
UEFA Avropa Liqasının cari mövsümünün ən məhsuldar futbolçularının siyahısı açıqlanıb. Azerisport.az xəbər verir ki, siyahının ilk onluğunda Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi olan “Qarabağ”ın bir oyunçusu da yer alıb.
Bu, Reynaldodu. Braziliyalı futbolçu Avroliqanın cari mövsümündə 4 qol vurub. Bu göstərici ilə o, ən yaxşı bombardirlərin sıralamasında 9-cu yerdə gedir.
Qeyd edək ki, Reynaldo ilə yanaşı daha altı futbolçu 4 qola imza atıb. Amma braziliyalı futbolçu bunu 501 dəqiqə ərzində bacardığı halda, digərləri həmin qolları meydanda daha az keçirdiyi vaxtda vurub. Bu üzdən də o, 4-9-cu yerləri bölüşmək məcburiyyətində qalıb.
İlk onluqda yer alan ən sərrast futbolçular bunlardı:
|
Omar Er Rafik
|
6
|
568
|
Differdange
|
|
George Qrozav
|
5
|
295
|
Petrolul
|
|
Omer Damari
|
5
|
320
|
Hapoel (Təl-Əviv)
|
|
Yakob Mulenqa
|
4
|
180
|
Utrecht
|
|
Rayo
|
4
|
310
|
Maccabi (Hayfa)
|
|
Valdemar Sobota
|
4
|
316
|
Slask
|
|
Paulo Henrike
|
4
|
338
|
Trabzonspor
|
|
Marko Payxao
|
4
|
342
|
Slask
|
|
Reynaldo
|
4
|
501
|
Qarabağ
|
|
Tomaş Maytan
|
4
|
536
|
Jilina
|
