10 avqust 2013 00:39
Bakı AZAL-la oyuna itkilərlə çıxacaq
Topaz Premyer Liqasının 2-ci turunun AZAL-la oyununa hazırlaşan “Bakı” ötən gün sadəcə axşam məşqi ilə kifayətlənib. Azerisport.az xəbər verir ki, baş məşqçi Milinko Pantiçin rəhbərliyi altinda keçən məşq prosesi bir saat davam edib.
Məşq “zolaqlılar”in isinmə hərəkətləri ilə başlayıb. Komanda üzvləri əsasən driblinq və qısa ötürmələr üzərində çalışıblar.
Əfran İsmayılov komandadan ayrı məşq edib.Namiq Ələsgərov və Şəhriyar Əliyev məşqdə iştirak etməyib.
Xatırladaq ki, Topaz Premyer Liqasının 2-ci turu avqustun 10-da, saat 19:00-da “AZAL Arena”da keçiriləcək AZAL - "Bakı" görüşü ilə start götürəcək.
