10 avqust 2013 00:45
Milinko Pantiç: Həmin səhvləri təkrarlaya bilmərik
Topaz Premyer Liqasının 2-ci turunda AZAL-la qarşılaşacaq “Bakı”nın baş məşqçisi Milinko Pantiç bu oyunla bağlı fikirlərini acılayıb. Azerisport.az xəbər verir ki, serbiyalı mütəxəssis klub saytına açıqlamasında bunları söyləyib:
“Oyuna yaxşı hazırlaşmışıq. Rəqib komandanın yaxşı baş məşqçisi və güclü oyunçuları var. Buna rəğmən biz meydana yalnız qələbə üçün çixacağıq. Ötən turda buraxdığımız səhvləri təkrarlaya bilmərik”.
Xatırladaq ki, Topaz Premyer Liqasının 2-ci turu avqustun 10-da, saat 19:00-da “AZAL Arena”da keçiriləcək AZAL - "Bakı" görüşü ilə start götürəcək.
