9 avqust 2013 13:19
Qarabağın beş zərbəsi dəqiq oldu
Ötən gün Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları keçirildi. Azerisport.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Qarabağ” səfərdə İsveç “Gefle”si ilə qarşılaşdı.
Görüş 2:0 hesabıyla təmsilçimizin xeyrinə başa çatdı. UEFA bu oyunda qeydə alınan statistik göstəriciləri açıqlayıb. Həmin göstəricilərlə sizi də tanış edirik:
Gefle - Qarabağ
Qollar: 0 - 2
Qapıya zərbələr (çərçivəyə): 11 (3) - 9 (5)
Korner: 4 - 3
Ofsayd: 1 - 1
Qayda pozuntusu: 10 - 11
Sarı vərəqə: 0 - 0
Qırmızı vərəqə: 0 - 0
