9 avqust 2013 13:55
Namiq Yusifov: Bu dəfə də güclü rəqiblə düşməyimizi istəməzdim
“Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifov Avropa Liqasının pley-off mərhələsinin püşkatması öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Başa düşürəm ki, növbəti mərhələdəki rəqiblərimiz çox güclüdülər. Amma çox istərdim ki, münasib bir rəqiblə düşək. Yəni çox güclü komanda ilə qarşılaşmağımızı arzulamazdım. Çünki əvvəllər də bizim bəxtimizə Almaniyanın “Borussia” (Dortmund), Hollandiyanın “Twente” klubları kimi güclü rəqiblər düşüb və onları keçə bilməmişik. Bu dəfə eyni aqibətlə üzləşmək istəməzdik. Belə komandalara qarşı oynamaq çox çətindi”.
