9 avqust 2013 14:14

Azərbaycanlı futbolçu Juventusda baxışdan uğurla keçdi

10 yaşlı azərbaycanlı qapıçı Eldar Tağızadə İtaliyanın “Juventus” klubunun düşərgəsində növbəti təlim-məşq toplanışında olub. Azerisport.az xəbər verir ki, yeniyetmə futbolçumuz ötən il də Turin klubunun bazasında olmuş, öz həmyaşıdları ilə oxşar təlim-məşq toplanışında iştirak etmişdi.
 
Görünür məhz həmin vaxt italiyalı məşqçilərin diqqətini çəkən Tağızadə yenidən Turinə dəvət olunub. O, əsas komandanın da məşq keçdiyi “Juventus”un bazasında hazırlıq keçib. Bir həftə ərzində o, müxtəlif ölkələrdən dəvət olunmuş 8-14 yaş aralığında yeniyetmə futbolçularla birgə məşq edib. Toplanış zamanı digər futbolçular kimi, Eldar da gün ərzində iki dəfə olmaqla saat yarımlıq hazırlıq keçib. Tağızadə bu məşqlərdə özünü yaxşı tərəfdən göstərə bilib və italiyalı mütəxəssislər onu öz yaş qrupunda ən yaxşı adlandırıblar. Ona hətta yaxşı qiymətlə diplom da təqdim olunub.
 
Məşqçilər Eldara izah ediblər ki, o, gələcəkdə “Juventus”da çıxış etmək üçün öz üzərində mütəmadi çalışmalıdı. Bunun üçün isə futbolçumuzun dörd il vaxtı var. Çünki Turin klubunda ən kiçik yaş qrupu U-14-dü.
 
Sonda onu da qeyd edək ki, Tağızadə “Neftçi”nin şərəfini qoruyur. O, 10 yaşında 154 sm boya malikdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.