9 avqust 2013 14:32
Tahir Gözəl: Bilirik ki, çox güclü rəqiblə düşə bilərik
“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Avropa Liqasının pley-off mərhələsinin püşkatması öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Artıq pley-offdakı rəqibimizi gözləyirik. Avrokuboklarda, özü də bu mərhələdə zəif rəqib olmur. Bilirik ki, çox güclü rəqiblə düşə bilərik. İstənilən halda “Qarabağ” püşkün çıxaracağı komanda ilə oynamalı olacaq. Hər şeyə hazır olmalıyıq. Gəlin püşkü gözləyək. Ondan sonra konkret rəqib barədə düşünərik. Uğur qazanmaq üçün şans həmişə var. Biz “Qarabağ”a inanırıq. Mən həmçinin Qurban Qurbanova və futbolçularımıza “Gefle” ilə səfər matçında sərgilədikləri layiqli oyuna görə təşəkkürümü bildirirəm”.
