9 avqust 2013 14:50
Qarabağ Bakıda böyük coşqu ilə qarşılandı (VİDEO)
Ötən gecə Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə səfər matçında da qalib gələrək (2:0) adını pley-offa yazdıran “Qarabağ” bu gün səhər saatlarında Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, komanda üzvləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanına toplaşan azarkeşlər tərəfindən coşğuyla qarşılanıb.
