9 avqust 2013 15:47

Miro Varvodiç: Qarabağ Avropa səviyyəli komandadı

“Qarabağ”ın qapıçısı Miro Varvodiç Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
 
“Biz çox yaxşı oynadıq. Layiqli şəkildə qələbə qazandıq. Əslində bizim üçün ən vacib olan mərhələ adlamaq idi. Buna nail olduq. Səfərdə də qələbə qazanmağımız isə bir qədər də xoş oldu. İndi biz qrup mərhələsinə daha yaxınıq”.

Xorvatiyalı qapıçı Sundsvalldakı oyunda qol buraxmamasına görə komanda yoldaşlarına təşəkkürünü bildirib: “Rəqibin də bir neçə təhlükəli qol vəziyyəti oldu. Amma bu oyunda işimin o qədər də çətin olduğunu deməzdim. Bunda komanda yoldaşlarımın zəhməti çoxdu. Biz bütün 90 dəqiqə ərzində oyuna nəzarəti əlimizdə saxlamağa çalışdıq. Belədə “Gefle” istədiyi hücumları təşkil edə bilmədi”.

24 yaşlı qolkiper İsveç təmsilçisi üzərindəki qələbələrdən sonra pley-off öncəsi də optimist danışıb: “Artıq üç mərhələ keçmişik. Buna görə çox şadam. Fikrimcə, bu, yaxşı göstəricidi. İndi inanıram ki, biz qrup mərhələsinə də düşə bilərik. Buna sadəcə inanmıram, həm də əminəm”.

“Qarabağ”ın qapıçısı bu uğuru komandasının çəkdiyi zəhmətin bəhrəsi hesab edir: “Mən hələ “Qarabağ”la müqavilə bağlayanda bu komanda ilə avrokuboklarda uğurlu çıxış edəcəyimizi gözləyirdim. Bütün komanda yoldaşlarım məşqlərdə var gücü ilə çalışır. Hər kəs həm məşqlərdə, həm də oyunlarda yüz faiz əlindən gələni etməyə çalışır. Bizim səviyyəli və çox əla məşqçimiz var. “Qarabağ” məhz bunların sayəsində əsl Avropa səviyyəli komandadı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.