9 avqust 2013 15:52
Çumbinyo: Növbəti matçlarda daha yaxşı oyun sərgiləyəcəyimə ümidliyəm
“Qarabağ”ın yarımmüdafiəçisi Çumbinyo Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsveçin “Gefle” klubu ilə cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Mənim üçün hər oyunda artırmaq çox vacibdi. “Gefle” ilə cavab matçı da bu baxımdan istisna deyildi. Çünki “Qarabağ”a yenicə gəlmişəm. Çox ümid edirəm ki, növbəti oyunlarda daha yaxşı futbol sərgiləyəcəm”.
