9 avqust 2013 16:39
Bernard Lippertdən böyük jest: Eintrachta yox, Qarabağa hə!
Futbol üzrə Azərbaycanın 21 yaşlılardan ibarət yığmasının baş məşqçisi, AFFA-nın texniki direktoru Bernard Lippert Almaniyanın “Eintracht” klubuna Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la oyunları öncəsi kömək etməkdən imtina edib. Azerisport.az xəbər verir ki, bu gün baş tutan püşkatmadan dərhal sonra sözügedən klubun prezidenti Peter Fişer Lippertə zəng edərək, ondan kömək istəyib.
Amma o, həmyerlisindən gözləmədiyi cavab alıb. Lippert onun bu istəyini aşağıdakı açıqlamalarla cavablandırıb:
“Uzun illər “Eintracht”da çalışmışam, bu komandanın baş məşqçisi olmuşam. Amma buna baxmayaraq, sizə heç bir məlumat verməyə hazırlaşmıram. Bu, mənim çalışdığım ölkəyə qarşı xəyanətə bərabər bir şey olar. Mən indi sizinlə sağollaşdıqdan sonra “Qarabağ”ın düşərgəsi ilə əlaqə saxlayacağam və “Eintracht” barədə bütün məlumatları onlara çatdıracağam”.

Qeyd edək ki, Lippert 1998/99 mövsümündə “Eintracht” klubunun baş məşqçisi postunda çalışıb.