9 avqust 2013 16:56
Ruslan Abışov və komandası üçün Molde səddi
UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər xəbər verir ki, futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi Rusiyanın “Rubin” klubunun da bu mərhələdəki rəqibi müəyyənləşib.
Həmyerlimizin komandası Norveç klubu ilə qarşılaşacaq. Belə ki, Kazan təmsilçisi “Molde”yə rəqib olub. İlk oyun avqustun 22-də Norveçdə, cavab matçı isə ayın 29-da Rusiyada keçiriləcək.
Qeyd edək ki, “Rubin” bundan öncə Serbiyanın “Jagodina” və Danimarkanın “Randers” klublarını mübarizədən kənarlaşdırmışdı.
