9 avqust 2013 17:07
Elhad Nəzirinin komandası üçün İngiltərə klubu
UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. Azerisport.az xəbər xəbər verir ki, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin çıxış etdiyi Rumıniyanın “Petrolul” klubunun da bu mərhələdəki rəqibi müəyyənləşib.
Həmyerlimizin komandası İngiltərə klubu ilə qarşılaşacaq. Belə ki, Rumıniya təmsilçisi “Swansea” klubunarəqib olub. İlk oyun avqustun 22-də İngiltərədə, cavab matçı isə ayın 29-da Rumıniyada keçiriləcək.
Qeyd edək ki, “Petrolul” bundan öncə Farer adalarının “Vikingur” və Hollandiyanın “Vitesse” klublarını mübarizədən kənarlaşdırmışdı.
