9 avqust 2013 17:18
Superliqa klubu baş məşqçisini istefaya göndərdi
Türkiyənin “Bursaspor” klubu baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi Hikmət Karamanı istefaya göndərib.
Buna sözügedən klubun ötən gecə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda "Vojvodino"ya (Serbiya) 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırması səbəb olub. Məlumatı klubu vitse-prezidenti Ridvan Şen də təsdiqləyib.
Qeyd edək ki, azarkeşlər sözügedən qarşılaşmada üçüncü qoldan sonra baş məşqçini istefaya göndərilməsi ilə bağlı şüarlar səsləndirmişdilər. Hələlik yeni baş məşqçinin kim olacağı ilə bağlı məlumat verilmir.
