12 avqust 2013 18:12
Qarabağ Avroliqada ən çox qələbəsi olan komandadı!
“Qarabağ” Avropa Liqasının iki ən yaxşı komandasından biridi. Azerisport.az xəbər verir ki, Ağdam klubu Serbiya “Vojvodina”sı ilə birlikdə ən çox qələbə qazanan komanda ünvanını qazanıb.
Belə ki, Azərbaycan və Serbiya təmsilçiləri cari mövsümdə Avropa Liqasında keçirdikləri 6 oyundan 5-ni qələbə ilə başa vurublar. Başqa heç bir komanda bu nəticəyə nail ola bilməyib.
“Qarabağ” Makedoniyanın “Metallurg” (1:0, 1:0) və İsveçin “Gefle” (1:0, 2:0) klublarını hər iki oyunda, Polşa “Piast”ını isə bir matçda (2:1) yenib. Təmsilçimiz sadəcə polşalılarla səfər oyununda heç-heçəyə (2:2) nail olub. “Qarabağ”ın 9 qoluna rəqibləri 3 dəfə cavab verə bilib.
“Vojvodina” isə Maltanın “Hibernians” (4:1, 3:2) və Macarıstanın “Honved ” (2:0, 3:1) klublarını hər iki oyunda, “Trabzonspor”u (3:0) isə səfər matçında məğlub edib. Serbiya təmsilçisi türklərlə ev oyununda heç-heçə (2:2) edib. “Voyvodina” rəqib qapılarına 17 qol vurub, özü 6 dəfə məyus olub.
