12 avqust 2013 19:15
“Buna Berti Foqts qərar verəcək”
Futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin müdafiəçisi Mahir Şükürov Malta ilə avqustun 14-də keçiriləcək yoxlama oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Qarşıda bizi DÇ-2014-ün seçmə mərhələsinin üç oyunu gözləyir. Bunu nəzərə alsaq, Malta ilə sınaq matçı bizim üçün çox vacibdi. Oyunun “Bakcell Arena”da keçirilməsi mənim üçün yaxşıdı. “Neftçi” ev oyunlarını bu arenada keçirdiyindən, artıq ora öyrəşmişəm. Mənim mövqeyimdə Maksim Medvedev də çıxış edir. Amma kimin meydana çıxacağına Berti Foqts qərar verəcək”.
