12 avqust 2013 19:26
Ruslan Abışov: Azarkeşlərimizi qələbə ilə sevindirmək istəyirik
Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın “Rubin” klubunun müdafiəçisi Ruslan Abışov Malta ilə avqustun 14-də keçiriləcək yoxlama oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Səylə hazırlaşırıq. Lüksemburqla oyundan sonra vəziyyət o qədər də yaxşı deyil. Ona görə də Maltaya qalib gəlib, azarkeşlərimizi sevindirmək istəyirik. Bu oyun DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrailə qarşı keçirəcəyimiz görüş öncəsi çox vacibdi”.
