12 avqust 2013 19:37
Araz Abdullayev: Foqtsla problemim yoxdu
Futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev Malta ilə avqustun 14-də keçiriləcək yoxlama oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Malta ilə oyunda daha yaxşı futbol sərgiləmək üçün mümkün qədər daha çox çalışırıq. Bu oyunda azarkeşlərə görə qələbə qazanmaq istəyirik. Mənə gəlincə, yığmada heç bir çətinliyim yoxdu. Berti Foqtsla da münasibətlərim yaxşıdı. Amma öz üzərimdə çox çalışmalıyam”.
