12 avqust 2013 19:43
Rauf Əliyev: Ola bilər ki, Malta hətta bizdən daha güclüdü
Futbol üzrə Azərbaycan yığmasının və “Bakı”nın hücumçusu Rauf Əliyev Malta ilə avqustun 14-də keçiriləcək yoxlama oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Yenidən yığmaya qayıtmaq xoşdu. Hazırda bütün diqqətimiz Malta ilə oyuna yönəlib. Bu komanda bizim eyni səviyyədə olan bir rəqibdi. Baxmayaraq ki, biz onlar haqda elə də çox məlumata malik deyil. Mümkündü ki, onlar hətta bizdən güclüdülər”.
