12 avqust 2013 19:51

Elxan Məmmədov: Yığmaya yeni baş məşqçini Foqtsdan sonra tapacağıq

Azerisport.az sizi AFFA-nın baş katibi Elxan Məmmədovun müsahibəsi ilə tanış edir.
 
- Malta ilə oyuna hazırlıq necə gedir?
- Bütün futbolçular yığmanın düşərgəsinə qoşulublar. Komandamız artıq hazırlıqlara başlayıb. Malta ilə oyun DÇ-2014-ün seçmə mərhələ oyunları öncəsi çox vacibdi.
 
- Yığma komandaya yeni baş məşqçi axtarışları nə yerdədi?
- Son dörd ilə bizə müxtəlif məşqçilər təklif olunub. Amma biz onlara baxmamışıq. Yeni baş məşqçini də Berti Foqtsla müqavilənin müddəti başa çatdıqdan sonra tapacağıq.
 
- Nazim Süleymanov yığmanın məşqlərində çox fəaldı. Onun namizədliyinə də baxılacaq?
- Süleymanovu yığmaya Berti Foqts gətirib. O, millinin məşqçisidi. Buna görə də burda təəccüblü heç nə yoxdu.
 
- Yığmamızın seçmə mərhələni neçənci yerdə bitirməsini istərdiniz?
- Minimum dördüncü pillədəki yerini qorumasını.
 
- “Qarabağ”ın Amaniya “Eintracht”ı ilə oyunlardakı şanslarını necə qiymətləndirirsiz?
- “Qarabağ”a uğurlar arzulayıram. Bütün klublarımızdan ən yaxşı oyunu bu komanda göstərdi. Məşqçi və rəhbərliyin işi görünür. Pley-offda Bundesliqa klubuna rəqib olsalar da, onlardan yenə yaxşı nəticə gözləyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.