13 avqust 2013 00:12
Qarabağın Almaniya klubu ilə oyunlarının vaxtı müəyyənləşdi
Futbol üzrə Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la Almaniyanın “Eintracht” klubları arasında keçiriləcək oyunların başlama saatları müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu görüşlərdən birincisi Bakıda, cavab matçı isə Frankfurtda keçiriləcək.
Bakıdakı oyun avqustun 22-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Cavab matçı isə avqustun 29-da Frankfurtdakı “Waldstadion” stadionda (Commerzbank-Arena) baş tutacaq. Bu oyun isə yerli vaxtla 21:05-də (Bakı vaxtı ilə saat 00:05-də) start götürəcək.
