13 avqust 2013 00:25
Ufuk Budak: Maltaya qarşı uğurlu çıxış etmək istəyirik
Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin “Eskişehirspor” klubunun müdafiəçisi Ufuk Budak Malta ilə avqustun 14-də keçiriləcək yoxlama oyunu barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Şadam ki, yenidən yığmanın düşərgəsinə qayıtdım. Uzun müddət idi zədə səbəbindən yığmaya dəvət olunmurdum. Qarşıdakı oyunda uğurlu çıxış etmək istəyirik. Bakıya yenicə gəlsəm də, yığmadakı atmosferin çox yaxşı olduğunu görürəm”.
