12 avqust 2013 11:58
Qarabağdan darmadağın, XL-dan xal itkisi, İnterdən Qəbələ üzərində qələbə
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 2-ci tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə üç görüş baş tutub.
“Xəzər Lənkəran” evdə “Simurq”la qolsuz heç-heçəyə razılaşıb. “Qəbələ” evdə “İnter”ə uduzub. “Qarabağ” isə “Sumqayıt”ı darmadağınla yola salıb.
Əvəzedicilərin çempionatı
2-ci tur
10 avqust
Xəzər Lənkəran – Simurq – 0:0
Qəbələ - İnter – 2:3
Qollar: Murad Musayev, 28-pen, Ruslan Bədəlov, 62 - Coşqun Diniyev, 13; 82-pen, Azər Salahlı, 68.
Qarabağ - Sumqayıt – 3:0
Qollar: Tural İsgəndərov, 3; 37, Gökhan Aras, 45+1.
