12 avqust 2013 12:07
Qarabağ 2013-cü ildə ilk dəfə
Topaz Premyer Liqasının 2-ci turundan sonra top fərqinə görə liderliyi ələ alan “Qarabağ” 2013-cü ildə ilk dəfə turnir cədvəlinin 1-ci sırasına yüksəlib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisi sonuncu dəfə ötən mövsümün 16-cı turundan sonra 1-ci yerdə qərarlaşmışdı.
Yalnız vurulan topların sayına görə “Qarabağ”dan geri düşən “Neftçi” isə 12 turluq hakimiyyəti ilə vidalaşıb.
