13 avqust 2013 00:47
Ruslan Abışov: Azərbaycan çempionatına qayıtmaq hələ tezdi
Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın “Rubin” klubunun müdafiəçisi Ruslan Abışov yığmanın toplanışına bir neçə gün qalmışdan Bakıda idi. Azerisport.az xəbər verir ki, Rusiya çempionatında fasilə yarandığından o, ölkəmizə erkən qayıtmışdı.
Bakıda olarkən o, Topaz Premyer Liqasının 2-ci turunun “Rəvan” – “Neftçi” matçını da canlı izləyib. Klub prezidenti Sadıq Sadıqovla birgə oyunu izləyən futbolçu azerisport.az saytına açıqlamasında buna belə münasibət bildirib:
“Hamı bilir ki, mən “Neftçi”nin yetirməsiyəm və bu komandaya azarkeşlik edirəm. Sadəcə, keçmiş komandamın oyununa canlı baxmaq istədim. Orda “Neftçi”nin prezidentini görməyim də xoş oldu. Mümkün qayıdışıma gəlincə, hələ Azərbaycana dönməyi planlaşdırmıram. Azərbaycan Premyer Liqasına qayıtmaq barədə düşünmək tezdi”.