12 avqust 2013 12:10
Premyer Liqada mövsümün ilk baş məşqçi dəyişikliyi gerçəkləşdi
Topaz Premyer Liqasında mövsümün ilk baş məşqçi dəyişikliyi baş tutub. Azerisport.az xəbər verir ki, yeni mövsümün startında istədiyi nəticələri qazana bilməyən “Rəvan” baş məşqçi postunda dəyişikliyə əl atıb.
İlk 2 turdakı məğlubiyyətlərdən sonra Ramil Əliyev istefa ərizəsini rəhbərliyə təqdim edib və rəhbərlik ərizəni qəbul edib.
Artıq onun boşaltdığı postu kimin tutduğu da dəqiqləşib. Komandada yeni baş məşqçi postuna Vladislav Qədirov təyin olunub. Hansı ki, o, əvvəllər də bu postda çalışıb.
