12 avqust 2013 12:18
Mərkəzi arena bağlandı
Tofiq Bəhramov adına Respublika stadionu bağlanıb. Azerisport.az xəbər verir ki, buna səbəb hazırda arenanın ot örtüyünün daha da ideal vəziyyətə gətirilməsi üçün bəzi işlərin aparılmasıdı.
Qeyd edək ki, məhz bu üzdən Topaz Premyer Liqasının 2-ci turunun "Qarabağ" - "Sumqayıt" oyununun da keçirilmə yeri dəyişdirilmişdi. Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olsa da, mərkəzi arenanın ot örtüyündə problem yaranma ehtimalının olması və qazonun avqustun 22-də Avropa Liqasının pley-off mərhələsində baş tutacaq "Qarabağ" - "Eintracht" (Almaniya) matçına kimi tam ideal vəziyyətə gətirilməsi üçün matç "Bakcell Arena"da keçirildi.
Eyni səbəbdən “Qarabağ” – “Xəzər Lənkəran” matçı da "Bakcell Arena"da keçiriləcək.
