12 avqust 2013 12:22

Startda 2 məğlubiyyət

Topaz Premyer Liqasının 2013/2014-cü il mövsümünün startı mükafatlara iddialı paytaxt klubları – “Bakı” və “İnter”in uğursuzluğu ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, hər 2 klub startda minimal fərqli məğlubiyyətlərə üzülərək özləri üçün ənənəvi olmayan autsayderlər sırasına düşdülər.
 
1999/2000-ci il mövsümündə güclülər dəstəsində “Xəzər Universiteti” adı ilə debüt edən və elə ilk 2 oyunda məğlub olan komanda “İnter”ə çevrildiyi 2004-cü ilin yayına kimi belə uğursuzluqla üzləşməmişdi. Bakılılar 2000/01-də 3, 2001/02-də 4, 2003/04 mövsümündə ilk iki turda 1 xal qazanmışdı. 9 il əvvəl adını dəyişib özü üçün yeni tarixə başlayan “İnter” ilk 7 mövsümündə ilk 2 matçda ən azı 1 qələbə qazanırdı. 2007/08 mövsümündə isə onların qazancı 6 xal olmuşdu. Ötən il də startda qələbə qazana bilməyən “İnter” 2 görüşdə 1 xal əldə edə bilmişdi. Bu dəfə isə indiki adı altında ilk dəfə, ümumilikdə isə 14 ildən sonra ardıcıl 2 yenilgiyə üzüldü.
 
“Bakı” üçün isə uğursuz start artıq ənənəvi hal alıb. Ardıcıl 4 mövsümdür ki, ilk 2 matçda paytaxtın eyniadlı təmsilçisi qələbə qazanmır. Ötən 2 mövsümdəki start heç-heçələrlə əlamətdar olmuşdu. 2010/11 mövsümünə isə indiki kimi məğlubiyyətlərlə başlayan “Bakı” 3 ildən sonra eyni uğursuzluğa üzüldü. Klub tarixinin daha 3 belə startı isə “Dinamo” və ya “Dinamo-Bakılı” adlandığı dövrlərə təsadüf edib. 1999/2000, 20001/02 və 2003/04 mövsümlərində komanda ilk 2 görüşdən sonra hesabına xal yazmamışdı. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.