12 avqust 2013 12:35
Daha bir klubun loqosu dəyişdi (FOTO)
Futbol üzrə Azərbaycan Birinci Divizionunda çıxış edən “Şahdağ” klubu loqosunu dəyişib. Azerisport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Klubdan verilən məlumata görə, ən yaxşı loqo üçün keçirilmiş müsabiqədə Toğrul Babayev qalib gəlib. Onun təqdim etdiyi nümunə klub tərəfindən bəyənilib və qalibə komandanın forması ilə pul mükafatı təqdim edilib.
