12 avqust 2013 12:41
Qurban Qurbanov alban futbolçularına Ermənistan üzərində qələbəyə görə mükafat söz verdi
Futbol üzrə Albaniya yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Canni de Byasi avqustun 14-də Ermənistana qarşı keçiriləcək yoldaşlıq oyunu üçün 23 futbolçuya dəvət göndərib.
Baş məşqçi Azərbaycan Premyer Liqasını da unutmayıb. Belə ki, “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli ilə Admir Teli də Ermənistanla oyuna dəvət alıb.
Bu arada “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının ümumi toplantısında Aqolli ilə Telidən Ermənistanla qarşılaşmada yaxşı oyun tələb edib. Gənc mütəxəssis qələbə qazanacaqları halda, hətta yetirmələrinə mükafat da söz verib.
