13 avqust 2013 01:08
Subaşiç oynadı, komandası heç-heçəyə razılaşdı
Türkiyənin “Orduspor” klubu yeni mövsüm öncəsi son yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda “Samsunspor”la qarşılaşıb.
“19 may” stadionunda keçirilən qarşılaşma 0:0 hesabı ilə başa çatıb.
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç meydana start heyətində çıxıb. O, 85-ci dəqiqədə əvəzlənib.
