12 avqust 2013 12:52
Qarabağın forvardı Gürcüstan millisinə dəvət olundu
Futbol üzrə Gürcüstan milli komandasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Temuri Ketsbaya Qazaxıstanla yoldaşlıq oyunu üçün heyəti müəyyənləşdirib.
Baş məşqçi Azərbaycan Premyer Liqasını da unutmayıb. Belə ki, Ketsbaya “Qarabağ”ın futbolçusu Nikolas Gelaşvilini avqustun 14-də baş tutacaq oyuna dəvət edib.
Qeyd edək ki, 28 yaşlı forvard 16 noyabr 2007-ci ildə debüt etdiyi Gürcüstan millisində indiyədək 11 oyun keçirsə də, fərqlənə bilməyib.
