12 avqust 2013 13:05
Ruslan Abışov: Malta ilə oyunda qalib gəlsək, bəlkə azarkeşlərlə də barışarıq
Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın “Rubin” klubunun müdafiəçisi Ruslan Abışovun azerisport.az saytına müsahibəsi
- “Rubin”dəki vəziyyətiniz necədi? Probleminiz varmı?
- Allaha şükür ki, hər şey yaxşıdı. Heç bir narazılığım yoxdu. Əsas odu ki, darıxmıram. Hər məşqdə var gücümü qoyuram ki, ümidləri doğruldum.
- Allaha şükür ki, hər şey yaxşıdı. Heç bir narazılığım yoxdu. Əsas odu ki, darıxmıram. Hər məşqdə var gücümü qoyuram ki, ümidləri doğruldum.
- Kazan təmsilçisi Avroliqada da çıxış edir. Amma siz sadəcə son oyunun axırlarında meydana çıxmaq şansı qazandınız...
- Əlbəttə, “Rubin”in heyətində Avroliqada debüt etməyim əla oldu. Şübhəsiz ki, mən daha çox oynamaq istərdim. Lakin cəmi 5-6 dəqiqə meydanda oldum. Deməli, hələ belə lazımdı.
- Rusiya Premyer Liqasının yeni mövsümündə debütünüz ümumiyyətlə baş tutmur. Artıq bununla barışmısız?
- Heç cür barışa bilmərəm. Buna görə də məşqlərdə aqressiv oluram. Digər tərəfdən mənim mövqeyimdə Fransa və İsrail yığmalarının üzvləri çıxış edir. Belə futbolçularla rəqabət aparmaq asan deyil. Düzdü, Kurban Berdıyev üçün ad yox, hazırlıq daha önəmlidi. Ona görə mən də ruhdan düşmürəm, öz zamanımı gözləyirəm. Bilirəm ki, o zaman gələcək.

- “Rubin”ə keçdiyiniz üçün təəssüflənmirsiz?
- Xeyr, bu qərarıma görə təəssüflənmirəm. Çox şadam ki, “Rubin” kimi bir klubda çıxış edirəm. Sadəcə, hər şeyin yoluna düşməsi üçün bir qədər zaman lazımdı.
- Xeyr, bu qərarıma görə təəssüflənmirəm. Çox şadam ki, “Rubin” kimi bir klubda çıxış edirəm. Sadəcə, hər şeyin yoluna düşməsi üçün bir qədər zaman lazımdı.
- Berdıyevlə öz taleyiniz barədə söhbətləşmisiz?
- Mənə onun fikri məlumdu. Baş məşqçi mənə öz saatımı gözləməyi məsləhət görüb. Çox şadam ki, məndən razıdı.
- Mənə onun fikri məlumdu. Baş məşqçi mənə öz saatımı gözləməyi məsləhət görüb. Çox şadam ki, məndən razıdı.
- Kazanda sizdən ən çox nə barədə soruşurlar?
- Klublarımız. Çalışıram onların suallarını cavablandırım, Azərbaycan komandaları və çempionatı barədə daha çox məlumat verim.
- Mətbuatda belə bir informasiya çıxdı ki, Rusiyanın bəzi klubları sizi icarəyə götürə bilər...
- Bəli, məni icarəyə götürmək istəyən komandalar var idi. Həmin klublara təşəkkürümü bildirirəm. Amma mən özümü “Rubin”də göstərmək istəyirəm.
- Komandanızın Avroliqanın pley-offunda Norveç “Molde”si ilə oyunlardakı şansları barədə nə deyə bilərsiz?
- “Rubin” hər oyunun favoriti hesab olunur. Bu, şəxsən mənim fikrimdi. “Molde”ni də məğlub edib, Avroliqanın qrup mərhələsində oynamaq istəyirik. Əminəm ki, komandamız layiqli oyun nümayiş etdirib, istəyinə çatacaq.
- Həmin oyunlara qədər sizi Azərbaycan yığmasının heyətində Malta ilə yoldaşlıq görüşü gözləyir...
- Lüksemburqla oyundan sonra Bakıda oynamaq mənim üçün çox utandırıcıdı. Klubda da məndən o oyunla bağlı nəsə soruşanda cavab verməyə çətinlik çəkirdim. Malta ilə oyunda ancaq qələbə barədə düşünməliyik. Yalnız belə olan halda müəyyən qədər günahımızı yumuş olarıq. Bəlkə belə olsa, azarkeşlərlə də münasibətlərimiz qaydasına düşər.
- Oyun təcrübənizin azlığı sizə problem yaratmayacaq ki?
- Avstriya toplanışı zamanı komandamla birgə əla hazırlıq keçmişəm. Bütün yoldaşlıq görüşlərində iştirak etmişdim. Bütün bunlar yığmada mənə yardımçı olacaq. Çox şadam ki, yenidən milliyə dəvət almışam. Malta üzərində qələbə qazanmaq üçün əlimdən gələni edəcəm.

- Lüksemburqla oyundan sonra azarkeşlərin ünvanına sərt çıxış etmişdiniz. Hələ də o sözünüzün üstündə durursuz?
- Həmin oyundan sonra mən əsəbimdən özümdə deyildim. Yəqin ki, çox emosiyalı olduğum üçün fikirlərimi düzgün ifadə edə bilməmişəm. Əlbəttə, sonradan həmin açıqlamaya görə çox üzüldüm. Jurnalistlər və azarkeşlər tərəfindən edilən tənqidlər haqlı idi. Bundan sonra çalışacağam ki, açıqlamalarımda diqqətli olum.