12 avqust 2013 13:30
Berti Foqts Pərdis-Fərcad Azada əvəzləyici tapdı
Futbol üzrə Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, "Sumqayıt" klubunun üzvü Pərdis-Fərcad Azad zədəli olduğu üçün Azərbaycan milli komandasının heyətindən kənarda qalıb.
Daha əvvəl adı ehtiyat oyunçuların siyahısına daxil edilmış Cavid Hüseynov isə ("Bakı") millinin təlim-məşq toplanışına cəlb olunub.
