12 avqust 2013 13:53
Mövsümün ilk qırmızı vərəqəsi Bakının futbolçusuna qismət oldu
Topaz Premyer Liqasının 2012/13 mövsümündə ilk qırmızı vərəqə qeydə alınıb. Azerisport.az xəbər verir ki, 2-ci turun AZAL – “Bakı” oyununda ilk dəfə bir futbolçu meydandan qovulub.
İlk “qırmızı” Deyvidas Çesnauskinin payına düşüb. “Bakı”nın litvalı üzvünü Rəhim Həsənov matçın 45+1-ci dəqiqəsində meydandan kənarlaşdırıb.
Qeyd edək ki, bu qarşılaşma “təyyarəçilər”in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
