12 avqust 2013 14:43
Xəzər Lənkəranın futbolçusu milli komandaya dəvət olundu
Futbol üzrə Makedoniya yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Çedomir Yanevski avqustun 14-də Bolqarıstanla keçiriləcək yoldaşlıq oyunu üçün 21 futbolçuya dəvət göndərib.
Baş məşqçi Azərbaycan Premyer Liqasını da unutmayıb. Belə ki, “Xəzər Lənkəran”ın üzvü Nikola Qliqorovu bolqarlarla oyuna dəvət edilib.
Qeyd edək ki, 11 avqust 2010-cu ildə Malta ilə keçirilən oyunda yığmada debüt edən Qliqorov indiyədək 16 oyun keçirib.
