12 avqust 2013 14:49
Almaniya çempionatı: Yeni mövsüm məhsuldar başladı
Futbol üzrə Almaniya çempionatında yeni mövsümə start verilib. Azerisport.az xəbər verir ki, 1-ci turun turun ilk oyun günündə bir görüş baş tutub.
Açılış matçında Münhenqladbax “Borussia”sı son çempion “Bayern” ilə qarşılaşıb. Münhen təmsilçisi inamlı qələbə qazanaraq, yeni mövsümə də uğurla start verib.
İkinci oyun günündə “Augsburg”un qonağı olan “Borussia” (Dortmund) 4 cavabsız qolla qalib gəlib. “Bayer” “Freiburg”u, “Hannover” “Wolfsburg”u məğlub yola salıb. “Hertha” Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Eintracht”a divan tutub. “Hoffenheim” “Nurnberg”lə xalları yarı bölüb. “Braunschweig” isə evdə “Werder”ə minimal hesabla uduzub.
Turun son oyun günündə isə “Mainz” “Stuttgart”ı məğlub yola saldığı halda, “Schalke” də “Hamburger” ilə sülhə razılaşıb.
Almaniya Bundesliqası
1-ci tur
9 avqust
Bayern - Borussia (Münhenqladbax) – 3:1
Qollar: Robben, 12, Mandzukiç, 16, Alaba, 69-pen - Dante, 40-öz qapısına.
10 avqust
Augsburg - Borussia (Dortmund) – 0:4
Qollar: Aubameyanq, 24; 66; 79, Levandovski, 86-pen.
Bayer – Freiburg – 3:1
Qollar: Kisslinq, 22, Son, 47, Şam, 53 – Hanke, 40.
Hannover – Wolfsburg – 2:0
Qollar: Andreasen, 17, Huşti, 84.
Hertha – Eintracht – 6:1
Qollar: Ramos, 18; 72, Bruks, 32, Allaqui, 58; 60, Ronni, 90 – Meyer, 36-pen.
Hoffenheim – Nurnberg – 2:2
Qollar: Abraham, 34, Modeste, 52 – Frants, 54, Ginçek, 57.
Braunschweig – Werder – 0:1
Qol: Yunusoviç, 82.
11 avqust
Mainz – Stuttgart – 3:2
Qollar: Müller, 14; 78, Okazaki, 65 – İbişeviç, 16, Harnik, 82.
Schalke – Hamburger – 3:3
Qollar: Huntelaar, 2; 45, Szalay, 72 – Van der Vaart, 12-pen, Beyster, 24, Sobiex, 49.
