12 avqust 2013 15:05
Qarabağ üçün birləşmək zamanı (FOTO)
“Qarabağ” rəsmi saytı vasitəsilə Azərbaycan futbolsevərlərinə müraciət ünvanlayıb. Azerisport.az sizi həmin müraciətlə tanış edir:
“Qarabağ”ımız Avroliqanın pley-off mərhələsinə qədər sonuncu pillədə “Gefle”ni İsveçdə 2:0 məğlub edərək uğurlu seriyasını davam etdirdi. Tarixində 3-cü dəfə pley-off mərhələsində çıxş edəcək komandamız “Ayntraxt”la qarşılaşacaq. 3 il öncə “Borrusiya” (Dortmund) ilə qarşılaşan komandamız daha bir alman klubuyla üz-üzə gələcək.

Tarixində 2-ci dəfə ilk mərhələdən başlayaraq ən son həddə çatan komandamız bütün Azərbaycanın ruhunu özündə daşıyır. Ölkəmizdə və kənarlarında yaşayan soydaşlarımız “Qarabağ”da birləşib. İsveçdə “Gefle” ilə oyundakı soydaşlarımız bunu bur daha göstərdi. Minlərlə kilometr qət edərək, Avropanın müxtəlif yerlərindən oyuna təşrif buyuran soydaşlarımız “Qarabağ”a inamını nümayiş etdirib, Skandinaviya fəthində iştirak etdilər.
Oyundan öncə “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl azarkeşlərlə görüşdə bunu ifadə etmişdi: “Biz bütün Azərbaycanın ruhunu bura daşımalıyıq. Buranı Azərbaycana çevirməliyik. Hiss etdirməməliyik ki, biz səfərdəyik. Bizə hər yer Azərbaycan olmalıdı. Gəlin, gücümüzü göstərək”.
İndi qarşıdan “Ayntraxt”la qarşılaşma gəlir. UEFA kubokunun sahibi olmuş, dünyanın ən güclü çempionatlarından sayılan Almaniya təmsilçisinə qarşı başqanımızın söylədiyi kimi indi vəhdət zamanıdı. Könüllərimizdə, beyinlərimizdə “Qarabağ”la birləşmək, qrup mərhələsi yolunda Azərbaycan naminə bütünləşmək zamanıdı.
“Qarabağ”a könül vermək, Azərbaycan üçündü. Avqustun 22-də və 29-da “Qarabağ”ın, Azərbaycanın gücünü niyə də göstərməyək? Tam zamanıdı”.