12 avqust 2013 15:16
Fransadakı Azərbaycan klubu büdrədi (VİDEO)
Fransa çempionatının ikinci liqasında mübarizə aparan “Bakı”nın rəsmi təraftaşı “Lens” 2-ci turun matçına çıxıb. Azerisport.az xəbər verir ki, ilk turda evdə “Bastia”nı 1:0 hesabı ilə məğlub edən “Lens” bu dəfə “Dijon”un qonağı olub.
"Land of fire Azerbaijan" formalı komanda hesabda geri düşsə də, bərabərlik qolunu vura bilib - 1:1.
“Lens”in heyyətində Çavarriya fərqlənib.
