12 avqust 2013 15:21
Millimizin hücumçusu oynadı, komandası darmadağın oldu
Türkiyənin “Sivasspor” klubu növbəti sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, Sivas təmsilçisi “Kasımpaşa” ilə qarşılaşıb.
Görüş “Sivasspor”un 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkara da bu oyunun iştirakçısı olub. Baş məşqçi Roberto Karlosun start heyətdə meydana buraxdığı millimizin üzvü komandasına heç nə ilə kömək edə bilməyib.
