12 avqust 2013 15:27
Fəridlə Murad oynamadı, komandaları uduzdu
Türkiyənin “Kahramanmaraşspor” klubu növbəti yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Fərid Quliyevlə Murad Axundazənin çıxış etdiyi klub “Qaziantep BB” ilə qarşılaşıb.
Oyun həmyerlilərimizin komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Futbolçularımız bu oyunda meydana çıxmayıblar. Əvəzində “Qəbələ”dən gedən Mustafa Dabo start heyətində yer alıb və 83 dəqiqə oynayıb.
