12 avqust 2013 15:33
Elhad Nəzirisiz Petroluldan 2-ci qələbə
Futbol üzrə Rumıniya çempionatında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəzirinin şərəfini qoruduğu “Petrolul” klubu da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası səfərdə “Otelul” ilə qarşılaşıb. Görüş “Petrolul”un 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Elhadın adı bu oyunda da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, “Petrolul” dörd turdan sonra 8 xal toplayıb və dördüncü pillədə qərarlaşıb.
