12 avqust 2013 15:44

Maksim Medvedev: Avropa Liqasına görə çempionatı qurban vermək fikrimiz yoxdu

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi
 
- Premyer Liqanın 2-ci turunda “Sumqayıt”a da qalib gəldiniz. Oyunu necə qiymətləndirərdiniz?
- Böyük hesabla qalib gəlsək də, asan oyun olmadı. Şadam ki, belə gərgin qrafiklə oynamağımıza baxmayaraq, qələbə qazana bilirik. Avropa Liqası kimi, çempionat da bizim üçün vacibdi. Növbəti turda “Xəzər Lənkəran”la çox çətin oyunumuz olacaq.
 
- Avroliqadakı növbəti rəqibiniz Almaniya “Eintracht”ı oldu. Bu komanda barədə nə deyə bilərsiz?
- Şübhəsiz ki, bizə çox güclü komanda düşdü. “Eintracht”ın Almaniya Bundesliqasında çıxış etməsinin özü çox şeydən xəbər verir. Lakin başqa yolumuz yoxdu. Püşk atılıb, qalır sadəcə oynamaq. Komandada qələbə ruhu çox yüksəkdi. Bunu itirmək istəməzdik.
 
- “Qarabağ”da pley-offa çıxmasına görə eyrforiya yaranmayıb ki?
- Heç bir eyforiya yoxdu. İsveç klubu üzərindəki qələbəni elə də böyük bayrama çevirmədik. Çünki biz əvvəllər də bu mərhələyə çıxmışdıq. Qarşıda daha çətin oyunlarımız var. Onlara ciddi hazırlaşmalıyıq.
 
- Qarşıdakı çempionat oyunlarını “Eintracht”la görüşlərə qurban vermək fikriniz yoxdu?
- Çempionatı qurban verməyimiz barədə danışmaq düzgün olmaz. Sadəcə, heyətdə müəyyən rotasiyanın aparılması mümkündü. Çünki biz də insanıq, yoruluruq. Futbolçuların hər oyuna hazır olması üçün müəyyən bölgü aparılması normaldı. İstənilən halda bu qərarları məşqçilər korpusu verirlər. Biz də buna hörmətlə yanaşmalıyıq.
 
- Maraqlı vəziyyət yaranıb: “Gefle” ilə oyundan sonra çempionat oyununa kökləndiniz, “Sumqayıt”la qarşılaşmadan sonra sizi yığmamızın Malta ilə sınaq matçı gözləyir. Bu oyundan sonra yenə Premyer Liqa, ardından da Avroliqa matçına köklənməlisiz. Bu cür tam fərqli oyunlara eyni səviyyədə köklənmək çətin olmayacaq ki?
- Nə deyə bilərəm? Qismət belədi (gülür). Matla ilə oyuna hələ var. “Eintracht”la oyuna da həmçinin. Hər şeyin necə olacağını zaman göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.