12 avqust 2013 15:49
Maltanın baş məşqçisi Bakıda səhər saatlarında mətbuat konfransı keçirəcək
Malta yığmasının baş məşqçisi Petro Qedinin Bakıda mətbuat konfransı keçiriləcək. Azerisport.az xəbər verir ki, toplantı avqustun 13-də, saat 9:30-da, "Bakcel Arena"da baş tutacaq.
Bir saat sonra - 10:30-da isə həmin stadionda Malta yığması ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq məşqə çıxacaq.
Qeyd edək ki, avqustun 14-də Malta ilə Azərbaycan yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək.
