12 avqust 2013 16:02
Premyer Liqamızda mövsümün ilk penaltisi
Topaz Premyer Liqasında mövsümün ilk penaltisi təyin olunub. Azerisport.az xəbər verir ki, 11 metrlik nöqtəni ilk dəfə 2-ci turun “Qəbələ” – “İnter” oyununda Əliyar Ağayev göstərib.
FİFA referisi bu oyunun 54-cü dəqiqəsində qonaq komandanı cəzalandırıb. Ağayevin təyin etdiyi penaltini qola çevirən “Qəbələ”nin braziliyalı üzvü Leonardo da Silva hesabı bərabərləşdirib.
Qeyd edək ki, bu qarşılaşmada “Qəbələ” 3:2 hesablı qələbəyə sevinib.
